• İran xarici işlər naziri fransız həmkarı ilə görüşüb

İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı günü Brüsseldə Fransa xarici işlər naziri Jan Yves L Drianla görüşərək danışıqlar aparıb.

İRİB-in məlumatına görə, İran və Fransa xarici işlər nazirləri bu görüşdə nüvə anlaşması, regional və beynəlxalq məsələlər haqda fikir mübadiləsi aparıblar. 

Zərif Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerinin dəvəti ilə Belçikaya səfər edib. 

Zərif səfər çərçivəsində belçikalı, alman və britaniyalı həmkarları ilə də görüşərək danışıqlar aparacaq. 

Zərifin Brüsseldəki məsləhətləşmələrinin mehvərini nüvə anlaşması, ABŞ-ın bu anlaşma qarşılığındakı öhdəliklərini yerinə yetirməməsi təşkil edir.

İran və 5+1 qrupu (Britaniya, Fransa, Rusiya, Çin, ABŞ və Almaniya) arasında nüvə anlaşması 2016-cı il yanvar ayında qüvvəyə minib. Lakin bu qrupun üzvlərindən olan ABŞ hökuməti nüvə anlaşmasının icrasında maneələr yaradır. 

ABŞ prezidenti Donald Tramp nüvə anlaşmasının digər tərəflərinin mövqelərinə zidd olaraq, Əhatəli Müştərək Təşəbbüs Proqramını dəhşətli anlaşma adlandırıb və onun ləğv edilməsini istəyir. Lakin dünya ABŞ prezidentinin bu hərəkətinə qarşıdır. 

Jan 11, 2018 16:05 Asia/Baku
Şərhlər