İslami İranın hər bir yerində yomullah 22 bəhmənin milyonluq möhtəşəm yürüşlərinə start verilib

Verilişin müddəti : 00:04:45

Tarix :   2018/02/11

-----------------------------------------------------------------------------------------------

Bu gün səhər islami İranın mindən çox şəhər və 4 min kəndində İran islam inqilabının qələbəsinin ildönümü yürüşlərinə başlanılıb. 

İran xalqı bu yürüşlərdə iştirak edərək bir daha İran İslam Respublikasının banisi həzrət imam Xomeyninin(r.ə) və islam inqilabının böyük rəhbəri həzrət Ayətullahül-üzma Xameneinin amallarına sədaqətini təkrar nümayiş etdirib. 

Tehranda 22 bəhmən yürüşləri müəyyən edilmiş 10 müxtəlif marşrut və istiqamətdə başlanıb. Bütün bu yollar sonda Azadlıq meydanına qovuşur. Yürüş iştirakçılarının Azadlıq meydanına daxil olmasının ardınca İran İslam Respublikası prezidenti yürüş iştirakçıları qarşısında çıxış edəcək. Yürüşün sonunda bir bəyanat da qiraət olunacaq.

22 bəhmən yürüşlərini işıqlandırmaq üçün 6 mindən çox yerli jurnalist, foto-reportyor və roportyor ölkə səviyyəsində öz hazırlığını elan edib. Həmçinin, 22 bəhmən yürüşləri 250 xarici jurnalist , foto-reportyor və roportyor tərəfindən işıqlandırılır.

-------------------------------------------------------

http://azeri.sahartv.ir/news

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

Feb 11, 2018 18:30 Asia/Baku
Şərhlər