• İran prezidenti Azərbaycan prezidentinə başsağlığı verdi
    İran prezidenti Azərbaycan prezidentinə başsağlığı verdi

İran İslam Respublikası prezidenti Azərbaycan Respublikası prezidentinə Bakıda Narkoloji Mərkəzdə baş verən yanğın nəticəsində bir qrup vətəndaşın həlak olması ilə bağlı başsağlığı verib.

Həsən Ruhani İlham Əliyevə ünvanladığı başsağlığı müraciətdə, bu acı hadisədə həlak olanların ailələrinin dərdinə şərik çıxıb, Allah-taaladan Azərbaycan prezidenti və xalqına sağlamlıq və uğurlar diləyib. 

Cümə günü Bakıda Narkoloji Mərkəzdə baş verən yanğın nəticəsində azı 25 nəfər həlak olub. Hadisənin ilkin səbəbi mərkəzdə elektrik cərəyanında yaranan nasazlıq elan olunub. 

Mar 03, 2018 16:35 Asia/Baku
Şərhlər