• Qoşulmama Hərəkatının Bakı iclasının yekun bəyanatında İsrail rejiminin cinayətləri tənqid edilib
    Qoşulmama Hərəkatının Bakı iclasının yekun bəyanatında İsrail rejiminin cinayətləri tənqid edilib

Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən 17-ci iclasının yekun bəyanatında İsrail rejiminin Fələstin xalqına qarşı cinayətləri tənqid edilib.

İRNA-nın məlumatına görə, Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirləri Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən iclasın sonunda bir  bəyanat qəbul edərək, İsrail rejiminin Qəzzə zolağında fələstinlilərə qarşı cinayətlərini tənqid edib, bu cinayətlərin dərhal dayandırılması və insan haqlaraının İsrail rejimi tərəfindən kobud şəkildə pozulmasına son qoyulmasını istəyiblər.

Bu bəyanatda həmçinin, İsrail rejiminin fələstinlilərə qarşı cinayətləri o cümlədən, fələstin ərazilərin müsadirə edilməsi, fələstinlilərin evlərinin dağıdılması, əmlakının məhv edilməsi, fələstinlilərin səbəbsiz yerə həbs olunması və minlərlə insanın zindanlara atılması halları kəskin formada tənqid edilib.

Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin dövrlərarası iclası cümə axşamı və cümə günləri Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilib. Bu iclasda 800 xarici qonaq o cümlədən 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 beynəlxalq təşkilatın nümayəndələri iştirak edib.

Apr 08, 2018 05:35 Asia/Baku
Şərhlər