İranın Limanlar və Dənizçilik Təşkilatının icraçı müdiri deyib: İranın Xəzər sahilinidəki limanları Hind okeanı sahillərində yerləşən ölkələr ilə Mərkəzi Asiya ölkələri arasında körpü rolunu oyanaya bilər.

Verilişin müddəti : 00:02:46

Tarix : 2018/05/11

-------------------------------------------------------------------------

Bakıda Dünya Limanları Konfransı keçirilir

İranın Limanlar və Dənizçilik Təşkilatının icraçı müdiri deyib: İranın Xəzər sahilinidəki limanları Hind okeanı sahillərində yerləşən ölkələr ilə Mərkəzi Asiya ölkələri arasında körpü rolunu oyanaya bilər.

İRİB-nin verdiyi məlumata görə, İranın yol və şəhərsalma nazirinin müavini və Limanlar və Dənizçilik Təşkilatının icraçı müdiri Məhəmməd Rastad Bakıda keçirilən Dünya Limanları Konfransının kənarında deyib: Ənzəli limanı ildə 11 milyon ton yükün daşınmasına imkan verir. Əmir Abad limanı isə ildə 7.5 milyon ton yükün daşınmasına imkan verir.

M.Rastad həmçinin deyib: Xəzər dənizinin sahilində yerləşən ölkələr arasında dəniz yolu ilə yüklərin daşınması və dəniz ticarətinin inkişaf etdirilməsi üçün münasib atmosferin yaradılması haqda ortaq fikir mövcuddur.

M.Rastad Çabəhar limanının birinci fazasının istifadəyə verilməsinə də işarə edib və deyib: İran İslam Respublikasının əsas özəlliyi Çabəhar limanı və ölkənin cənubunda yerləşən Məkran sahilləridir. İran bu liman vasitəsilə beynəlxalq ticarət körpüsünə çevrilə bilər.

Bakıda keçirilən Dünya Limanları Konfransında 65 ölkədən gəlmiş 400 qonaq iştirak edir. Bu konfransda yeni texnologiyalardan istifadə, liman və dənizçilik fəaliyyətlərinin ekologiyaya təsirləri, dəniz nəqliyyatı və yüklərin daşınmasının sürətləndirilməsi  yolları və digər məsələlər müzakirə edilir.

Dünya Limanları Konfransı hər iki ildə bir keçirilir. Çərşənbə axşamı Bakıda işə başlayan konfrans cümə gününə kimi davam edəcək.

---------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər

May 11, 2018 05:01 Asia/Baku
Şərhlər