May 12, 2018 06:00 Asia/Baku

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistanın yeni baş naziri Nikol Paşiniyanın Qarabağ Münaqişəsi barədəki sözlərini qınayıb.

Verilişin müddəti : 00:01:45

Tarix : 2018/05/12

-------------------------------------------------------------------------

      Azərbaycan Ermənistanın yeni baş nazirinin sözlərinə reaksiya verib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistanın yeni baş naziri Nikol Paşiniyanın Qarabağ Münaqişəsi barədəki sözlərini qınayıb.

İRNA-nın verdiyi məlumata görə, Hikmət Hacıyev dünən Ermənistanın yeni baş naziri Nikol Paşiniyanın Qarabağ münaqişəsi barədə son sözlərinə toxunaraq deyib: Azərbaycan Respublikası Qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndələrini rəsmən tanımır və sadəcə Ermənistan dövləti ilə müzakirə edir. 

Paşiniyan dünən Ermənistan Parlamentində etdiyi çıxışında Azərbaycan Respublikası ilə Qarabağ münaqişəsini müzakirə etməyə hazır olduğunu bildirərək deyib ki, QDQR nümayəndələri də bu müzakirələrə qatılmalıdırlar. 

keçmişdə də QDQR nümayəndələrinin Qarabağ müzakirələrinə qatılması fikri Ermənistanın fəaliyyətdə olan hökumətləri tərəfindən səsləndirilmişdir ancaq hər dəfə rəsmi Bakı ona qarşı çıxmışdır. 

 

---------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər

Şərhlər