• Zərif: ABŞ təhlükəli addımının mənfi nəticələrinə görə məsuliyyət daşımalıdır
    Zərif: ABŞ təhlükəli addımının mənfi nəticələrinə görə məsuliyyət daşımalıdır

İran İslam Respublikasının xarici işlər naziri BMT baş katibinə ünvanladığı məktubda yazıb: Amerika Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozub və BMT-nin nizamnaməsinə habelə, beynəlxalq hüquqa zidd olan bu təhlükəli addımının mənfi nəticələrinə görə məsuliyyətə cəlb edilməlidir.

BMT-nin Təhlükəsizlik Şurası 2015-ci ilin iyulunda qəbul etdiyi 2231 saylı qətnamə ilə bu şuranın daha öncə İrana sanksiyalar tətbiq edən 6 qətnaməsini ləğv etmişdi. 

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərifin BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda deyilir: ABŞ-ın rəftarı beynəlxalq hüquqa və BMT-nin nizamnaməsinə aşkar etinasızlıqdır və ixtilafların dinc yolla həll edilməsi prinsipini kobud şəkildə pozur. 

Zərif həmçinin deyib: Amerika elə ilk başdan nüvə anlaşmasının şərtlərini pozaraq, bu anlaşmanı imzalayan digər ölkələrə də anlaşmaya tam şəkildə əməl etməkdə mane olubdur. 

İranın xarici işlər naziri ABŞ bu qeyri qanuni rəftarına və öz öhdəliklərini pozmasına görə məsuliyyətə cəlb edilməlidir. 

May 15, 2018 03:03 Asia/Baku
Şərhlər