Qarabağ Azadlıq təşkilatının təşəbbüsü ilə Bakıda “Qarabağ dünən, bu gün və sabah” adlı elmi-praktik konfrans keçirilib.

Verilişin müddəti : 00:02:17

Tarix : 2018/05/23

-------------------------------------------------------------------------

“Qarabağ dünən, bu gün və sabah” adlı elmi-praktik konfrans keçirilib

Qarabağ Azadlıq təşkilatının təşəbbüsü ilə Bakıda “Qarabağ dünən, bu gün və sabah” adlı elmi-praktik konfrans keçirilib.

İslaminSesi xəbər verir ki, tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, təşkilat rəhbərləri, Qarabağ qaziləri, ziyalılar və media mənsubları iştirak ediblər. 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, bu konfrans ildə bir dəfə Respublika Günü münasibəti ilə keçirilir və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

QAT sədri əlavə edib ki, bu ilki konfransa Azərbaycan, Türkiyə, İran, Rusiya, Yaponiya, Litva və digər ölkələrdən Qarabağın tarixinə, mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsinə aid məqalələr təqdim olunub. Bu məqalələr “Qarabağ dünən, bu gün , sabah, XVII buraxılış “ adı ilə kitab şəklində çap olunub.

Daha sonra tədbirdə çıxış edən  konfransın moderatoru , tarix üzrə fəlsəfə doktoru Firdövsiyyə Əhmədova , Tədqiqatçılar Tofiq Həsənov və Rəsmiyyə Rzalı,  Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri Növrəstə İbrahimova, eləcədə digər qonaqlar konfransın məqsədi, qoyulan məsələlər və problemlərdən söz açıblar. Öz təklif və münasibətlərini dilə gətirərək, məqalələrini təqdim ediblər. Tədbir dinlənilən məqalələr ətrafında keçirilən müzakirələrlə davam edib.

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər

May 23, 2018 14:36 Asia/Baku
Şərhlər