• Radio televiziya təşkilatının sədri ABŞ-ın sanksiyasına münasibət bildirib
    Radio televiziya təşkilatının sədri ABŞ-ın sanksiyasına münasibət bildirib

İran İslam Respublikası milli teleradio təşkilatının sədri Amerikanın sanksiyalarını bu ölkənin dağılması əlamətlərindən biri adlandırıb.

Əli Əsgəri Amerikanın Xəzinədarlıq Nazirliyinin sanksiyasına reaksiyada deyib: Ağ ev İran xalqına qarşı ardıcıl sanksiyalarla özünün süqut prossesini yavaşlatmaq üçün bir yol tapacağını güman edir halbuki, bu prossesin nəticəsi İranın böyük xalqının daha da birləşməsidir. 

Əli Əsgəri İİR radio televiziya təşkilaıtnın sədrinə qarşı sanksiyanın Amerikanın özünün mediya monopoliyasının dağılmasından nigaran qalmasının göstəricisi olduğunu bildirərək deyib: Milli teleradio özünə öyünür ki, bütün bu təzyiqlərə rəğmən, özünün əsas missiyası olan, İran xalqının səsini təmsil etmək, islam inqilabının xilasedici səsini yaymaqda heçnədən əsirgəməyib və bundan sonra da bu istiqamətdə daha da əzmkar olacaq. 

Ötən həftə ABŞ-ın Xəzinədarlıq Nazirliyi özünün sanksiya siyahısına bir neçə əlavə iranlı rəsmi və təşkilat və qrupu da daxil etdi və həmin siyahıda teleradio şirkətinin sədri də müşahidə olunur. 

Teqlər

Jun 05, 2018 12:15 Asia/Baku
Şərhlər