• Fitr bayramı mübarək olsun!
    Fitr bayramı mübarək olsun!

İslam inqilabının böyük rəhbərinin ofisinin istehlal mərkəzinin bildirdiyinə görə, şəvval ayının hilalı müşahidə olunub və beləliklə Sabah cümə 15 iyun fitr bayramıdır.

İslam dinində şəvval ayının ilk günü fitr bayramıdır ona görə ki, mübarək ramazan ayında oruc tutan möminlər ibadət və istiğfar etməklə bulaşıqları ruh və canlarından təmizləməyə səy göstərirlər və bu ayın sonunda öz həqiqi fitrətlərinə qayıdılar.

İranda fitr bayramı namazı mərasiminin keçirilməsi qərargahının rəhbəri Baqir Pişnamazi deyib: Fitr  bayramı namazı Tehranda İmam Xomeyni (r.ə) müsəllasında Ayətullahül-üzma Xameneinin imaməti ilə qılınacaq.

Fitr bayramının gəlib çatması münasibəti ilə bütün islam dünyasını təbrik edirik.

Teqlər

Jun 15, 2018 01:25 Asia/Baku
Şərhlər