Jul 30, 2018 10:21 Asia/Baku
  • Ərdoğan ABŞ-ın İrana qarşı sanksiya siyasətinin təsirsiz olduğunu bildirib
    Ərdoğan ABŞ-ın İrana qarşı sanksiya siyasətinin təsirsiz olduğunu bildirib

Türkiyə prezidenti ABŞ rəsmilərinin bu ölkənin sanksiya və təzyiqlərinin İran İslam Respublikasının iqtisadi gələcəyinə təsiri barədəki təsəvvürlərinin yanlış təsəvvür olduğunu bildirib.

Rəcəb Tayyıb Ərdoğan dünən müxbirlərə belə deyib: ABŞ rəsmilərinin bu ölkənin sanksiya və təzyiqlərinin İranı təslimə məcbur edəcəyinə dair təsəvvürləri yanlış təsəvvürdür.

Türkiyə prezidenti bildirib: İran İslam Respublikasına qarşı artan sanksiya və təzyiqlərin bu ölkəyə heç bir təsiri olmayacaqdır. Buna görə, Amerika prezidenti Donald Tramp yaxşı olardı ki, İranla bağlı baxış və rəftarını dəyişsin.

Ərdoğan habelə ABŞ başçılarının amerikalı keşiş Andro Brunsonun Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə Türkiyənin İzmir şəhərində ev dustağı edilməsilə bağlı Ankaraya qarşı son hədələri barədə belə söyləyib: Amerika Türkiyənin məhkəmə hökmünə hörmət etməli və bu məsələni bu ölkənin sanksiya edilməsi üzrə mövzuya çevirməməlidir.

Teqlər

Şərhlər