• İran və Azərbaycan arasında ilk birgə konsulluq iclası keçirilib
    İran və Azərbaycan arasında ilk birgə konsulluq iclası keçirilib

İran İslam Respublikası və Azərbaycan Respublikası arasında ilk birgə konsulluq iclası keçirilib. İclas şənbə günü iki ölkənin Xarici İşlər Nazirliklərinin baş konsulluq idarəsi rəislərinin iştirakı ilə keçirilib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, bu iclasda tərəflər gediş-gəlişin sadələşdirilməsi, məhkumların mübadiləsi, ədliyyə məsələləri, cinayətkarların təhvil verilməsi, narkotik maddələrin qaçaq edilməsi və mütəşəkkil cinayətkarlıq ilə mübarizə məsələlərində yaxşı irəliləyişlərin əldə olunduğunu bildirib, iki tərəf arasında əldə olunmuş anlaşmanın tam formada icrasına təkid ediblər. 

Aug 05, 2018 14:39 Asia/Baku
Şərhlər