• Qafqaz üzrə tədqiqatçı Əsğər Fərdi vəfat etdi
    Qafqaz üzrə tədqiqatçı Əsğər Fərdi vəfat etdi

Ustad Şəhriyarın şagirdi, təbrizli şair, ədib və Qafqaz üzrə tədqiqatçı Əsğər Fərdi ürək dayanması nəticəsində əlli beş yaşında vəfat edib.

O, Behcət Təbrizinin şagirdlərindən və Təbriz şersevərlərindən olubdur. Onun çap olunmuş əsərlərindən "Safi Təbrizinin divanı"na düzəliş və onun nəşri, "Şəhriyar və İnqilab" və "Təbriziyyat" əsərlərini misal çəkmək olar.

Əsğər Fərdi "Səhər" telekanalındakı fəaliyyəti illərində bu kanalın tanınmış ekspert aparıcısı kimi "Kompas" kimi siyasi verilişlərin aparılmasında başlıca rol oynayıbdır. Onun "17 Qafqaz şəhəri" və "Xəzər" kimi sənədli əsərləri tamaşaçıların rəğbətini qazanıbdır.

Əsğər Fərdi öz fəaliyyətinin böyük bir hissəsini Şəhriyarşünaslığa və bu şairin tanıtdırılmasına ayırmışdı.

Fərdi Təbrizdə torpağa tapşırılacaq.

Teqlər

Aug 06, 2018 21:27 Asia/Baku
Şərhlər