İran İslam Respublikası silahlı qüvvələrinin hava sənayesi təşkilatının icraçı müdiri deyib: Qırıcı Kövsər təyyarəsi yüz faiz İran istehsalıdır.

Verilişin müddəti : 00:03:54

Tarix : 2018/08/23

-------------------------------------------------------------------------

 Kövsər qırıcı təyyarəsi tam yerli məhsuldur

İran İslam Respublikası silahlı qüvvələrinin hava sənayesi təşkilatının icraçı müdiri deyib: Qırıcı Kövsər təyyarəsi yüz faiz İran istehsalıdır.

İranın ilk müasir qırıcı təyyarəsi olan Kövsərin təqdimat mərasimi dünən İran İslam Respublikası prezidentinin iştirakı ilə keçirildi.

General Mayor Əbdül-Kərim Bəni Torfi dünən gecə İranın 2-ci telekanalı ilə söhbətində Kövsər qırıcı təyyarəsi barədə deyib: Missiyası quru savaşı yaxından dəstəkləmək olan bu qırıcın yüksəs manevr qabiliyyətinə malikdir və müasir elektron təchizatları ilə istənilən müxtəlif növlü raket və bombaları da daşıya bilir. Bu qırıcının istehsalında İran heç bir ölkəyə ehtiyaclı deyil. 

İranın Silahlı Qüvvələrinin Hava Sənayesi Təşkilatının icraçı müdiri Kövsər təyyarəsində bütün təchizatların o sıradan mühərrikin tam ölkə daxilində istehsal olunduğunu bildirərək deyib: Bu təyyarənin istehsalının 75 faizi özəl sektora aiddir və onun istehsalı ilə valyutaya 16.5 milyon dollar qənaət edilmişdir. 

General Bəni Torfi düşmənlərin İran İslam Respublikasının nailyyətlərini kiçiltmək istədiklərini bildirərək deyib: İranın doktrinası önləyicilik əsasında qurulur. 

                    

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Aug 23, 2018 06:06 Asia/Baku
Şərhlər