Sep 02, 2018 19:17 Asia/Baku
  • Rusiya və Azərbaycan prezidentləri 10 əməkdaşlıq sənədi imzalayıblar
    Rusiya və Azərbaycan prezidentləri 10 əməkdaşlıq sənədi imzalayıblar

Dünən Rusiyanın Soçi şəhərində Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev müxtəlif sahələrdə 10 əməkdaşlıq sənədi imzalayıblar.

İRNA-nın verdiyi məlumata görə, iki ölkə arasındakı ticarət əlaqələrinə ən yaxşı formada şəraitin yaradılması, beynəlxalq nəqliyyat koridorlarında tranzit potensiallarının artırılması, iqtisadi və ixracat sahələrində müştərək istehsal layihələrinin həyata keçirilməsi, idman, turizm və təhsil sahələrini əhatə edən zəminlərdə əməkdaşlıqlar imzalanan razılaşma sənədlərinin mövzularını əhatə edir. 

Dünən əldə olunmuş razılaşma çərçivəsində Rusiyanın Rosneft dövlət şirkəti də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 

Bu sənədlərin imzalanması mərasimində Putin beynəlxalq şimal-cənub koridorunu iki ölkənin iştirak etdiyi ən önəmli layihələrdən biri adlandırıb. 

Şimal-Cənub dəmir yolu dəhlizi İranın cənubunda Bəndər Abbas limanını Azərbaycan Respublikası və oradan Rusiya və şimali Avropaya qovuşdurur. 

Şimal-Cənub dəhlizinin təkmilləşməsi ilə Azərbaycan və Rusiya Fars körfəzi sularına qovuşacaq və İran bu ölkələr vasitəsi ilə Avropaya qovuşacaq. 

Azərbaycan Respublikası prezidenti bu sənədlərin imzalanma mərasimində Rusiya ilə Azərbaycanın texniki-hərbi sahədəki əməkdaşlıqlarının genişlənməsinə toxunaraq deyib: Azərbaycan Respublikası Rusiyadan 5 milyard dollardan çox silah satın alıb və bu prosses davam edəcək. 

İlham Əliyev dünən Rusiyalı həmkarı ilə görüşüb danışıqlar aparmaq məqsədi ilə Rusiyanın Soçi şəhərinə daxil olub. 

Teqlər

Şərhlər