• Səudiyyə koalisiyasının növbəti cinayəti; 15 yəmənli qırğın edildi
    Səudiyyə koalisiyasının növbəti cinayəti; 15 yəmənli qırğın edildi

Ərəbistan qırıcılarının Yəmənin Əl-Hudəydə vilayətinə olan hücumlarında 15 yəmənli ölüb, 20 nəfər yaralanıb.

Yəmənin Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Ərəbistan qırıcıları çərşənbə günü gecə  Fərzə Səna və Kəşuy məntəqələrini bombalayaraq, növbəti dəfə olaraq cinayət törədiblər.

Yəmənin Müdafiə Nazirliyi isə bildirib: Yəmən ordusu və xalq komitələri Səudiyyə muzdlularının Əl-Hudəydə hava limanının şimal-şərqində yerləşən kəndlərə qarşı geniş hücumunu önləyərək, təcavüzkarları geri oturdublar.

Sep 13, 2018 18:33 Asia/Baku
Şərhlər