• Zərif: Amerika əhdə sədaqətsizdir

İran İslam Respublikasının xarici işlər naziri dünən Nyu-Yorker amerikan nəşri ilə müsahibədə vurğulayıb ki, Amerika ilə hər cür ehtimal olunan müzakirələr sıfır nöqtəsindən başlana bilməz və mövcud nüvə anlaşması əsasında olmalıdır.

Məhəmməd Cavad Zərif Amerikanı əhdə sədaqətsiz adlandırıb və belə deyib: İran hər dəfə əvvəldən, Amerika ilə danışıqlara başlaya bilməz.

Razılaşmalar və əhdnamələrə sədaqəti beynəlxalq əlaqələrin əsası adlandıran İran İslam Respublikasının xarici işlər naziri bildirib ki, etimad, Amerika ilə dialoq üçün lazımi şərtdir.

Zərif qeyd edib ki, İran Amerikadan azacıq realizm gözləyir.

Tramp elə bir halda BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi nüvə anlaşmasını pozdu ki, son zamanlar demaqoqcasına bir jestdə yeni anlaşmaya çatmaq üçün İranla müzakirəyə hazır olduğunu bildirib.

İran Xarici İşlər Nazirliyi Trampın bu sözlərinə cavab olaraq, bildirib: Tramp tərəfindən İranla dialoq təklifi elə bir şəraitdə irəli sürülür ki, Amerika hökuməti heç bir əsaslandırma olmadan və bütün beynəlxalq qanunlara zidd olaraq, nüvə anlaşmasından çıxıb və özünün İran xalqına qarşı ədalətsiz sanksiyalarını yenidən tətbiq edibdir.

Teqlər

Oct 02, 2018 22:49 Asia/Baku
Şərhlər