Son texnologiya və təcrünbələrin mübadiləsi elm təməlli şirkətlərin fəaliyyətinə şəraitin yaradılması məqsədi ilə su sənayesi, su və su tullantıları təsisatları üzrə 42-ci beynəlxalq sərgi ölkə daxilindən 216 və xaricdən 28 şirkətin iştirakı ilə Tehranda öz işinə başlayıb.

Verilişin müddəti : 00:03:13

Tarix : 2018/10/04

-------------------------------------------------------------------------

Su sənayesi, su və su tullantıları təsisatları üzrə beynəlxalq sərgi su sənayesi sahəsində İranda baş verən ən əsas hadisə olaraq hər il çoxlu sayda xarici və daxili şirkətlərin iştirakı ilə keçirilməkdədir. 

Sərgi şirkətlərin öz nailiyyətləri və yeni məhsullarını baxış keçirənlərin ixtiyarına vermələri üçün əlverişli fürsət yaradır. 

Mühəndis: Bizim istifadəyə verdiyimiz sistem qabıqvarı bioreaktor adlanır və hər növ su tullantısını təmizləmək və yenidən dövriyyəyə daxil etmək qabiliyyətinə malikdir. Başqa sözlə su tullantılarını kənd təsərrüfatında və yaşıllıqların suvarılmasında yenidən istifadə olunacaq keyfiyyətdə təmizləyir. 

Mühəndis: Biz Orta şərqdə tunel qazan aparatlarin istehsalı ilə məşğul olan ilk şirkətik. Aparat fərqli ölçülərdə tunel qazmaq qabiliyyətinə malikdir, qazılan torpağı davamlı şəkildə aparatın arxasına köçürə bilir. Ölkə daxilindəki tələbatı təmin etməkdən əlavə biz Hindistan, Pakistan, İraq, Əfqanıstan və Suriyadan da sifarişlər almışıq. Biz ölkədə su tullantılarının təmizlənilməsi mərkəzlərinin hazırlanması və quraşdırılması ilə məşğuluq. Əsas məqsədimiz elm təməlli olmaq, müştəriləri nəzərə almaq və yaradıcılığa üstünlük verməkdən ibarətdir. 

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər

Oct 04, 2018 07:22 Asia/Baku
Şərhlər