ABŞ dövlət katibi Beynəlxalq Ədalət Məhkəməsinin Vaşinqtona qarşı rəyindən hiddətlənərək, onu əbəs rəy adlandırıb.

Verilişin müddəti : 00:01:02

Tarix : 2018/10/04

-------------------------------------------------------------------------

ABŞ dövlət katibi Mayk Pompeo iddia edib ki, İran Amerikanı sanksiyaların tətbiq edilməsini dayandırmağa məcbur etməyə çalışır və Beynəlxalq Ədalət Məhkəməsinin hökmü əbəs hökmdür.

Pompeo deyib: Amerika 1955-ci ilə aid olan İranla dostluq müqaviləsini bitmiş hesab edir.

ABŞ dövlət katibi bu ölkənin İrana qarşı iddialarının davamında bu dəfə iddia edib ki, Tehran Amerikanın Bağdad və Bəsrədəki diplomatik heyətləri üçün təhdid mənşəyidir.

Amerikanın nüvə anlaşmasından çıxmasının və bu ölkənin İrana qarşı sanksiyalarının geri dönməsinin ardınca Tehran Vaşinqtondan Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edibdir.

Beynəlxalq Ədalət Məhkəməsi dünən özünün İranın Amerikaya qarşı bu şikayətinə baxmaq səlahiyyətini təsdiq edərək, yekun rəyin veriləcəyi zamanadək Vaşinqtonu İrana qarşı aviasiya və humanitar məhdudiyyətləri aradan qaldırmağa borclu hesab edibdir. 

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər

Oct 04, 2018 23:20 Asia/Baku
Şərhlər