Oct 22, 2018 11:42 Asia/Baku

Ərbəin zəvvarları Kərbəlaya axın edir

Verilişin müddəti : 00:02:11

Tarix : 2018/10/22

-------------------------------------------------------------------------

İmam Hüseynə(Ə) olan eşqin həddi yoxdur. Bu günlər İranlı zəvvarlarla yanaşı, Ərbəin mərasimində iştirak etmək üçün İran yolu ilə Kərbəlaya doğru yol alan xarici ölkə vətəndaşlarının sayı da az deyil. İran rəsmiləri və vətəndaşlar isə Ərbəin yürüşündə iştirak etmək üçün yola çıxan bu zəvvarları ən yüksək səviyyədə qarşılayırlar.

Seyid Məcid bu il ilk dəfə olaraq milyonluq Ərbəin yürüşündə iştirak etmək üçün Bazərqan sərhəd keçid məntəqəsi vasitəsi ilə İrana daxil olan yüzlərlə türkiyəli zəvvardan biridir.

“Mən Manisadan gəlirəm. Əslində, biz İmam Hüseynin(ə) dəvətinə ləbbeyk deyərək, bu mərasimdə iştirak şərəfinə nail olmuşuq.”

“Mən Belçikadan gəlmişəm. İmam Hüseynə olan eşqim məni buralara gəlməyə məcbur edib.”

İmam Hüseynə olan eşq sərhəd tanımır. Əgər aşiq olsan, minlərlə kilometr uzaqda olsan belə, səni yanına çağırar.

Bu ilə mömin gənclərin təşəbbüsü ilə Ərbəin zəvvarlarını qarşılamaq üçün Bazərqan sərhəd məntəqəsində Şəhid Bakiri adına xüsusi çadır qurulub və xarici qonaqlara xüsusi qayğı göstərilir.

“Burda sağlamlıq çadırı qurulub. 5 gün ərzində zəvvarlara xidmət göstərəcəyik.”

“Bazərqan əhalisinin Şəhid Bakiri zəvvar çadırı bir həftə müddətinə Ərbəin yürüşündə iştirak etmək istəyən Kərbəla zəvvarlarına xidmət göstərəcək.”

Bu il Ərbəin yürüşündə iştirak etmək üçün Bazərqan sərhədindən keçərək, İrana daxil olan xarici zəvvarların sayının 2 mindən çox olacağı təxmin edilir.

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər

Şərhlər