• 13 aban; İran xalqının dünya imperializmi üzərində müqavimət və qələbə simvolu

Bu gün, abanın 13-ü, noyabrın 4-ü, İran İslam Respublikasında "dünya imperializmi ilə milli mübarizə günü"dür.

İslami İranın xalqı hər il bu günü qeyd edərək, əzəmətli ümumölkə aksiyasında özünün milli birliyi və islami vəhdətini nümayiş etdirir. İran xalqı bu aksiyada İslam İnqilabının müraciətini, yəni "istiqlal, azadlıq və İslam Respublikası!" şüarını səsləndirir.

13 aban, İran İslam İnqilabının tarixindən üç həssas dövrdə üç mühüm hadisəni xatırladır.

Bu üç mühüm hadisə, "Həzrət İmam Xomeyni(r.ə)-in 1964-cü ilin 4 noyabrında Türkiyəyə sürgün edilməsinin ildönümü günü", 1978-ci ildə pəhləvi rejimi tərəfindən məktəblilərin qırğın edilmələri və məktəbli günü və Amerikanın Tehrandakı casusluq yuvası olan səfirliyinin İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in siyasi kursunun davamçıları olan tələbələr tərəfindən 1979-cu ildə ələ keçirilməsi üzrə inqilabi hərəkətidir. Bunların hər birisi İran xalqının dünyanın zalım qüvvələri ilə mübarizə prosesində bir dönüş nöqtəsidir.

Teqlər

Nov 04, 2018 13:14 Asia/Baku
Şərhlər