• Zərif: Batmış gəmi və bağlanmış banka qarşı sanksiyalar ABŞ-ın məyusluq nişanəsidir

İran İslam Respublikasının xarici işlər naziri bazar ertəsi günü axşam ABŞ-ın İranın bağlanmış bir bankı və batmış bir neft tankerinin adlarını da sanksiyalar siyahısına daxil etməsini Vaşinqtonun "çaşbaşlıq" nişanəsi adlandırıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif "Tvitter"də yazıb: "ABŞ məyusluq üzündən İrana qarşı sanksiyalar siyahısını uzun göstərmək üçün 6 il öncə bağlanan bankın və aylar öncə batan gəminin adlarını da sanksiyalar siyahısına daxil edib. Sanksiyaların hədəfində olan şirkətlər istər-istəməz adi vətəndaşları da hədəfə alıb."

ABŞ-ın Maliyyə Departamenti bazar ertəsi günü İranın 700 şəxs, şirkət, bank, təyyarə və gəmisinin adını sanksiyalar siyahısına daxil edib. 

ABŞ-ın adlarını sanksiyalar siyahısına daxil etdiyi gəmilərdən biri "Sançi" tankeridir. "Sançi" 6 yanvar 2018-ci ildə Çin sahillərində bir yük gəmisinə toxunaraq, batıb. 

Həmçinin, "Tat" bankının adı da sanksiyalar siyahısına daxil edilib ki, bu bank 6 il öncə bağlanıb. 

ABŞ prezidenti Donald Tramp 8 may tarixində Vaşinqtonun İran ilə nüvə anlaşmasından çıxdığını və İrana qarşı sanksiyaların yenidən bərpa olunduğunu bildirdi. 

Bu sanksiyalar 90 və 180 gün ərzində iki mərhələdə bərpa edildi. Sanksiyaların birinci mərhələsi 7 avqustda icraya qoyuldu. Sanksiyaların ikinci mərhələsi isə bazar ertəsi günü icraya qoyuldu. 

ABŞ-ın İran ilə nüvə anlaşmasından çıxması bu anlaşmanı imzalayan Britaniya, Fransa, Rusiya, Çin və Almaniyanın ciddi etirazlarına səbəb oldu. 

Hazırda Avropa Birliyi və İran ABŞ-ın sanksiyaları ilə mübarizə aparmaq üçün yeni maliyyə mexanizmi üzərində işləyirlər. Avropa ABŞ-ın sanksiyaları ilə mübarizə aparmaq üçün İrana dəstək paketi hazırlayır. 

Teqlər

Nov 06, 2018 15:40 Asia/Baku
Şərhlər