• İslam Peyğəmbərinin(s) vəfatı və İmam Həsənin(ə) şəhadəti günündə Bakıda matəm mərasimi keçirilib

Əhli-Beytin(ə) aşiqləri dünən gecə Bakıda iranlıların hüseyniyyəsində xatəmül-ənbiya əziz islam peyğəmbəri həzrəti Mühəmmədin(s) vəfatı və o həzrətin nəvəsi İmam Həsənin(ə) şəhadətinin ildönümü günü və şiələrin 8-ci imamı həzrət imam Rzanın(ə) şəhadəti axşamı münasibəti ilə matəm mərasimi keçiriblər.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Bakı sakinləri və Bakıda yaşayan iranlıların iştirakı ilə keçirilən bu mərasimdə əhli-beytin(ə) məddahları əziz islam peyğəmbərinin vəfatı və imam Həsənin(ə) şəhadəti münasibəti ilə növhə oxuyublar və iştirakçılar da sinə vuraraq göz yaşı töküblər. 

Bu gecə də Bakıda iranlıların hüseyniyyəsində imam Rzanın(ə) şəhadətinin ildönümü axşamında oxşar matəm mərasimi keçiriləcək. 

Teqlər

Nov 07, 2018 21:14 Asia/Baku
Şərhlər