• Tehranda İslami Vəhdət Konfransının ikinci günündə nələr oldu?

Bu günlər Tehran İslami Vəhdət üzrə 32-ci konfransın keçirilməsinin şahididir. İslam dünyasının daxili və xarici mütəfəkkirləri islami cəmiyyətin birlik yollarını asanlaşdırmaq üçün bu konfransda bir araya gəliblər.

Bu arada Fələstin amalına dəstək ilə vəhdət diplomatiyası strategiyasının icrası İslam dünyasının müştərək cəhətləri kimi xüsusi komissiyada araşdırıldı.

Bu komissiyada üç əsas mehvər- vahid İslam ümmətinin təşkilində orqanların yaxınlaşdırılmasında qurum və cəmiyyətlərin əsas rolu, orqanların yaxınlaşdırılması cəmiyyətlərinin ümmətin vəhdətində Qüdsün mehvər olmasını himayədəki rolu, orqanların yaxınlaşdırılması cəmiyyətlərinin modern islami sivilizasiyanın təşkili üçün İslam dünyasının ictimai sərmayəsinin gücləndirilməsindəki rolu araşdırılacaq.

Mərasimin iştirakçıları bu konfransın bu son zaman kəsiyində keçirilməsinin rolundan danışırlar.

İslam İnqilabının Həzrət İmam Xomeyni(r.ə)-in rəhbərliyi ilə zəfər çaldığı təqribən 40 il bundan öncə bu inqilabın ən mühüm şüarı, İslam dünyasında vəhdətin yaradılması və islami cəmiyyətinin şəninin özünün əsl yerinə qaytarılması idi. Buna görə, elə həmin zamandan bəri görürük ki, bu regionda bir çox maraqlara malik olan bəzi böyük qüdrətlər İslam İnqilabının baş verməsindən son dərəcə ziyana düşürdülər və belə fikirləşirdilər ki, daha öz hədəflərinə çata bilməyəcəklər. Elə həmin zamandan başladıqları işlərdən biri, regiondakı asılı ölkələri İranda inqilabın baş verməsi ilə qorxutmaq və İslamofobiya, şiəfobiya və İranofobiya planları idi. Düz elə həmin zamanda Həzrət İmam müsəlmanlar cəmiyyətinin vəhdəti və islami firqələr arasındakı ortaqlıqlar üzərində təkid edirdi və bidirirdi ki, İslam dünyası qarşısında duran böyük problemləri öz arasındakı vəhdətlə həll edə bilər.

Bu konfrans bu gecə İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin çıxışı ilə öz işinə yekun vuracaqdır. 

Teqlər

Nov 26, 2018 21:46 Asia/Baku
Şərhlər