İran İslam Şurası Məclisinin sədri hegemonçuluq sisteminin islami ölkələri zəiflətmək və onların arasında ixtilaf salmaq üzrə hiylələrini şərh edərək, deyib: Yaxın Şərq regionundakı cari hərəkətlərin dəqiq şəkildə öyrənilməsi imperialist planların reallaşmasına mane olacaqdır.

Verilişin müddəti : 00:01:45

Tarix : 2018/11/28

-------------------------------------------------------------------------

Əli Laricani Tehranda keçirilən 32-ci Beynəlxalq İslami Vəhdət Konfransının bağlanış mərasimində deyib: Düşmənlərin təfriqəsalma mahiyyətli hərəkətlərinin düzgün öyrənilməməsi, islami ölkələrin öz yollarını azmaları ilə nəticələnəcəkdir.

İran İslam Şurası Məclisinin sədri son illər regionda əmin-amansızlıq mənşəyi kimi "şiə ilə sünni arasında məzhəbi ixtilaflar" iddiasını yanlış adlandırıb və belə deyib: Şiələr və sünni əhli illər boyu İraq və Suriyada yanaşı yaşayıblar və bu iddianın əmin-amansızlıq mənşəyi kimi irəli sürülməsi düzgün deyildir.

İran İslam Şurası Məclisinin sədri regiona nəzərəçarpacaq dərəcədə silahın daxil olması və silah rəqabətini  regiondakı qeyri-təbii prosesin digər nişanələrindən adlandırıb. O, deyib: Regiondakı kiçik ölkələrin bir çoxu öz imkanlarından üçqat çox silah satın alıbdır. Elə silahlar ki, hətta onlardan istifadə qüdrətinə belə malik deyillər və bu, regionun sabitliyi, həmçinin bu ölkələrin tərəqqi və inkişaflarının zərərinədir.

İslami ölkələri Amerika və sionist rejimin regiondakı fitnələri qarşısında sayıq olmağa çağıran Laricani deyib: Yaxın Şərqdə baş verən hadisələr bir amerikan-sionist plandır və regiondakı digər olayları bu planın məcmuəsi altında qeyd etmək olar.

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər

Nov 28, 2018 22:14 Asia/Baku
Şərhlər