Dec 09, 2018 21:47 Asia/Baku
  • General Əştəri: Çabahar terror hücumu ilə bağlı on nəfər həbs olunub

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin komandanı İranın cənub-şərqində yerləşən Çabahar şəhərində edilmiş terror hücumu ilə bağlı on nəfərin həbs olunmasından xəbər verib.

Briqada generalı pasdar Hoseyn Əştəri bu gün müxbirlərə belə deyib: Çabahar hüquq-mühafizə qüvvələri məmurlarının sayıqlığı və şücaəti ilə bu terror fitnəsi zərərsizləşdirildi və bu hücumla bağlı bir qrup şəxs həbs edildi.

General Əştəri bildirib ki, Çabahar terror hücumu ilə bağlı bir qrup şəxs də aşkar edilib və onlar təyin edilmiş zamanda həbs olunacaqlar. O, qeyd edib ki, bu hücumun İran xalqının təhlükəsizliyinə heç bir təsiri olmaycaqdır.

Bir terrorçu cümə axşamı günü içində partlayıcı maddələr olan bir avtomobil ilə İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətindəki Çabahar şəhrestanının polis qərargahına hücum etmək niyyətində olub. Amma hüquq-mühafizə qüvvələrinin müqaviməti ilə üzləşən bu terrorçu içində partlayıcı maddələr olan avtomobili bu şəhrestanın hüquq-mühafizə qüvvələri qərargahının girəcəyində partladıbdır.

Bu terror hücumunda iki nəfər şəhid olub, 42 nəfər, o sıradan bir neçə qadın və uşaq da yaralanıbdır. Terror hücumunun amili də məhv edilibdir.

Teqlər

Şərhlər