Dec 11, 2018 00:25 Asia/Baku
  • Bəşşar Əsəd: Ərəb ölkələri mentalitet böhranı ilə üz-üzədirlər

Suriya prezidenti: Ərəb dünyası ərəb etnoslar arasında mentalitet böhranı ilə üzləşib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Suriya prezidenti Bəşşar Əsəd "Əmman" qəzetinə verdiyi müsahibədə əksər Ərəb ölkələrində pozğunluğun artmasına işarə edərək, bəzi mentalitetlərin Ərəb ölkələrində böhran yaratmasına dair xəbərdarlıq edib. 

Suriya prezidenti mentalitet böhranının həll edilməsində Türkiyə və Rusiya təcrübələrinə işarə edərək, deyib: Suriya müharibəsinin də bir parçası olduğu gələcək müharibələri önləmək üçün bu böhranın önlənilməsi lazımdır. 

Bəşşar Əsəd əlavə edib: Ruslar da Sovet İttifaqının süqut etməsindən sonra vətənpərvərliyə zidd olan "Amerika sevdası" böhranı ilə üzləşmişdi. Amma, Vladimir Putinin prezidentilyi dönəmində ruslar arasında vətənpərvərlik ruhu yenidən canlandı. 

Teqlər

Şərhlər