Dec 13, 2018 00:01 Asia/Baku
  • İran tam kosmik texnologiya dövriyyəsinə malikdir

İranın Kosmanavtika Təşkilatının sədri bu gün bildirib ki, İran süni peyk düzəltmə və istifadəyə vermə qabiliyyətinə nail olub. O, deyib: İran İslam Respublikası hazırda tam kosmik texnologiya dövriyyəsinə malikdir.

Mortəza Bərari İranın Kosmanavtika Təşkilatının ölkə universitetləri ilə sıx həmkarlığına işarə edərək vurğulayıb: İran İslam Respublikası bu gün elmi-tədqiqat sahəsində regionda birinci, dünya səviyyəsində isə on birinci yerdə durur.

Tam kosmik texnologiya dövriyyəsi süni peyk, yer stansiyası, atış sistemi və süni peyk şəbəkəsindən istifadəyə şamil olur.

Teqlər

Şərhlər