Dec 14, 2018 00:25 Asia/Baku
  • Çabahar terror aktı ilə əlaqədar 12 nəfər həbs edildi

İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin rəis müavini Çabahar terror aktıilə əlaqədar 12 nəfərin saxlanılmasından xəbər verib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, general-mayor Eyyub Süleymani deyib: Çabahar terror aktının demək olar ki, bütün amilləri həbs ediliblər. 

İranın Nizam-İntizam Qüvvələrinin rəis müavini əlavə edib: Polis Çabahar terror aktının arxasında duran xarici amillərin də həbs edilməsi üzərində işləyir. 

Bir terrorçu kamikadze 6 dekabrda Çabaharda bomba quraşdırılmış bir pikap avtomobili ilə Çabahar şəhərinin polis qərargahına hücum etmişdi. Bu hadisədə 2 nəfər şəhid olmuş, 42 nəfər isə yaralanmışdı. Hadisədə xəsarət alanlar arasında qadın və uşaqlar da olub. 

Teqlər

Şərhlər