Dec 16, 2018 23:51 Asia/Baku
  • Netanyahu fələstinli müqavimət qüvvələrinin evlərinin dağıdılmasına dair göstəriş verdi

İsrailin baş naziri ötən həftə bu rejim hərbçilərinə qarşı müqavimət əməliyyatında iştirak edən fələstinlilərin evlərinin dağıdılmasını istədi.

İRNA-nın məlumatına görə, Benyamin Netanyahu bazar günü sionist rejimin nazirlər kabinetinin iclasında bir daha fələstinli mübarizlərin evlərinin dağıdılmasını istəyib. Bu istiqamətdə İsrail hərbçiləri ötən gün Əl-Əməri düşərgəsində Əbu Həmid adlı fələstinli mübariz qadının evini dağıdıblar.

Üm Nasir Əbu Həmid bir şəhid və 6 əsir anasıdır. Onun 4 övladı İsrail rejimi tərəfindən ömürlük həbsə məhkum edilib. Əbu Həmid deyib: Fələstinlilərin evlərinin dağıdılması fələstin xalqının daha artıq müqavimət göstərməsinə səbəb olacaq.

Əbu Həmidin mənzili indiyə kimi üç dəfə dağıdılıb.

Teqlər

Şərhlər