Dec 16, 2018 23:54 Asia/Baku
  • Bu gün şiələrin 11-ci imamının mövlud günüdür

Bu gün rəbiüs-sani ayının səkkizi İmam Həsən Əsgərinin(ə) mövlud günüdür.

İmam Həsən Əsgəri(ə) 232-ci hicri qəməri ili rəbiüs-sani ayının səkkizində Mədinə şəhərində dünyaya göz açıb.

İmam Həsən Əsgəri(ə) şiə təfəkkürünü şərh və dini şübhələri rədd etməklə insanları haqq olan yola hidayət etməyə çalışırdı.

İmam Həsən Əsgəri(ə) uşaqlıq dövründə atası İmam Hadinin(ə) elmindən bəhrələnmiş və 22 yaşında atası şəhid edildikdən sonra imamlıq dərəcəsinə yüksəlmişdir. O həzrət 6 il müddətinə bu mühüm məsuliyyətin ağırlığını öz çiyinləri üzərində daşımışdır.

İran xalqı şiələrin 11-ci imamının mövludunun ildönümü günündə dini məkanlara üz tutaraq, şənlik edir.

İran İslam Respublikasının Teleradio təşkilatı olaraq İmam Həsən Əsgərinin(ə) mövludu münasibətilə dünya müsəlmanlarını, xüsusilə də şiələri təbrik edirik.

Teqlər

Şərhlər