Jan 05, 2019 18:20 Asia/Baku
  • BƏƏ-nin Yəmənə hava hücumunda 7 mülki ölüb

Yəmənin cənub şərqində Şəbuh vilayətinə qarşı Birləşmiş Ərəb Əmirliklərinin vertolyotlarının hücumu nəticəsində 7 mülki ölüb.

İRNA-nın verdiyi məlumata görə, Əl-Məsirə telekanalı bildirib ki, işğalçı BƏƏ hərbçilərinə məxsus vertolyotlar cümə günü Mərxə rayonunun Əssadə bölgəsində əhalinin mənzillərini hədəfə alıblar . 

Digər tərəfdən BƏƏ muzdluları ilə Şəbuh qəbilələri arasında baş verən toqquşmalarda ən azı 10 muzldu məhv edilib. 

Analitiklərə görə, BƏƏ və onun tabeliyində olan yaraqlıların Yəmənin cənubunda fəallaşmaları BƏƏ-nin neft ehtiyatlarına malik olan həmin əraziləri nəzarətə almaq məqsədi ilə baş verir. 

Eyni zamanda BƏƏ 2018-ci il 5 maydan bəri Yəmənin Soqotra strateji adasını işğal edib və bu Əbudəbi ilə Yəmənin istefa vermiş prezidenti Səudiyyə Ərəbistanının müttəfiqi  Əbd Rəbbə Mənsur Hadi arasında şiddətli çaxnaşmaya yol açıb. 

2015-ci ildən bəri Yəməndə on minlərlə insanın ölümü və yaralanması ilə nəticələnən Səudiyyə-BƏƏ ittifaqının Yəmənə qarşı müharibəsi eyni zamanda bu iki ölkə arasında Yəmənə nəzarət üzrə rəqabətə səbəb olub.

Teqlər

Şərhlər