Jan 07, 2019 21:13 Asia/Baku

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidentinin İranın vəziyyəti haqdakı təkrar və əsassız sözlərinə və onun Tehranın Vaşinqtonla müzakirəyə meylli olması iddiasına çavab olaraq, deyib: Donald Tramp sırf olaraq özünün puç və mümkünsüz arzularını bəyan edibdir.

Bəhram Qasemi əlavə edib: Amerika prezidenti Donald Tramp keçmişdə olduğu kimi, öz sələflərinin region və İran qarşısındakı başdan-ayağa yanlış siyasətlərini yenidən nəzərdən keçirmədən və son onilliklərdəki hadisələr tarixindən ibrət dərsi almadan bir daha bu qədim diyarın xalqı ilə bağlı nifrətdən doğan məntiqsiz sözlər söyləyibdir ki, bunlar yenə də istehlak müddəti keçmiş və orta əsrlərdəki qüdrətlərin hegemonçuluq və mənsəbpərəstliklərinin təkrarıdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Trampın İran barədəki sözlərinin mövcud gerçəkliklərlə heç bir uyğunluğu yoxdur. O, əlavə edib: Amerikalıların İran xalqına qarşı bütün küdurətli səylərinə rəğmən, indiyədək onların düşmənçilik hərəkətləri və xülyaları heç bir nəticə verməyib və şübhəsiz, gələcəkdə də verməyəcəkdir.

Donald Tramp dünən, nüvə anlaşmasından çıxandan sonra bir daha İrana qarşı tətbiq etdiyi sanksiyalar barədə iddia edibdir ki, bu sanksiyalar İrana təsir göstərib və Tehran danışıqlar aparmaq istəyir.

Teqlər

Şərhlər