Jan 10, 2019 22:27 Asia/Baku

İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə xüsusi köməkçisi çərşənbə günü verdiyi açıqlamada İran, Rusiya və Türkiyə prezidentlərinin yaxın gələcəkdə Moskvada bir araya gələrək, Suriya mövzusunu müzakirə edəcəklərindən xəbər verib.

İRNA-nın məlumatına görə, Rusiya rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün Moskvaya səfər edən Hüseyn Cabiri Ənsari görüşün dəqiq tarixinin hələ ki, məlum olmadığını deyib. 

Bu, İran, Rusiya və Türkiyə prezidentlərinin Suriya mövzusu ilə əlaqədar dördüncü üçtərəfli görüşü olacaq. 

İran İslam Respublikası, Türkiyə və RUsiya Suriyada sülhün bərqərar edilməsi üzrə Astana müzakirələrinin əsas tərəfləridirlər. 

Teqlər

Şərhlər