Feb 10, 2019 00:16 Asia/Baku
  • Fransa polisinin zorakılığı ifşa olunub

Sosial şəbəkələrdə yayılan təsvirlər göstərir ki, Fransa polisinin qumbarasının partlaması etirazçılardan birinin biləyinin kəsilməsinə bais olubdur.

Fransa xalqının bu ölkə dövlətinin siyasətlərinə qarşı on üçüncü həftəlik etirazı dünən bir daha polis qüvvələrinin kəskin zorakılıqları və etirazçılara tərəf rezin və tüstülü güllələr atmaları ilə müşayiət olunub və dəhşətli səhnələr yaranıbdır.

Sosial şəbəkələrdə yayılan təsvir və şəkillər göstərir ki, Paris polisinin "GLI-F4" tipli bir qumbarasının partlaması nəticəsində etirazçılardan birinin biləyi kəsilərək, tikə-tirkə olubdur.

Deyilənlərə görə, bu qumbaraların biri, 25 qram TNT partlayıcı maddəsinə malikdir.

Fransa polisinin etirazçılara qarşı bu üzdəniraq "qeyri-ölümcül" silahdan istifadə etməsi elə bir halda davam edir ki, insan haqlarını müdafiə qrupları, yardım mərkəzləri və tədqiqatçılar dəfələrlə xəbərdarlıq ediblər ki, bu silahlar sağalmaz yaralara və hətta şəxslərin ölümünə gətirib çıxara bilərlər.

Məlumatlara əsasən, indiyədək etirazçılardan təqribən iyirmi nəfəri qeyd olunan qumbaralar və ya rezin güllərin dəyməsi nəticəsində bir gözünü itiribdir.

Bir gözünü itirmiş etirazçının təsviri hazırda Fransada etirazların yeni simvoluna çevrilibdir.

Teqlər

Şərhlər