Apr 26, 2019 22:48 Asia/Baku

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Ermənistan Qarabağ müzakirələrinin üçüncü tərəfin iştirakı olmadan keçirilməsilə razılaşıbdır.

Leyla Abdullayeva deyib: Ermənistan hökuməti ikinci dəfə olaraq bəyanat yayaraq vurğulayıbdır ki, Qarabağ münaqişəsinin həlli müzakirələrində yalnız Azərbaycan Respublikası və Ermənistan nümayəndələri iştirak edəcəklər və bu müzakirələrdə üçüncü tərəf olmayacaqdır.

Belə bir halda, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdeliyan son zamanlar Avropa Birliyi ilə Ermənistanın Qarabağ münaqişəsinin həlli barədəki razılaşmasına toxunaraq, bildirib ki, bu razılaşmada Qarabağ sakinləri tərəfindən öz müqəddəratını təyin etmək hüququ da qeyd olunubdur.

Teqlər

Şərhlər