May 05, 2019 08:49 Asia/Baku

İranın müdafiə naziri regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi üçün böyük xərclərin ödənildiyini söyləyərək, dedi: Əgər İranın fədakarlığı və əməkdaşlığı olmasaydı İraq və Suriya sülh və təhlükəsizlik ilə düşmən olanlar tərəfindən parçalanmışdı.

Verilişin müddəti : 00:01:54

Tarix : 2019/05/05

-------------------------------------------------------------------------

General-mayor Əmir Xatəmi cümə axşamı İraq ordusunun dəniz qoşunları, aviasiya və hava hücumundan müdafiə qüvvələri komandanları ilə görüşdə region və dünyanın hazırkı siyasi-təhlükəsizlik şəraitinə işarə edərək, dedi: Təhdidlər və fürsətlər iki ölkənin siyasi və hərbi rəsmiləri arasında, regionda sülh və sabitliyin qorunması habelə, hər iki ölkə xalqının maraqlarının təmin edilməsi üçün, daha artıq ahəngdarlığın olmasını tələb edir.

İranın müdafiə naziri daha sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın ABŞ tərəfindən terrorçu elan edilməsini Sepah-ın İraq və Suriyada terrorçulara qarşı mübarizədəki roluna görə alınan intiqam adlandırdı və dedi: Onlar bu yolla İraq və Suriyada siyasi sabitliyin və təhlükəsizliyin yaranmasını önləmək istəyirdilər.

İranın müdafiə naziri daha sonra İran və İraqın müdafiə sahəsindəki əməkdaşlıqlarının regionda sülh, sabitlik, tarazlıq, balans və təhlükəsizliyə səbəb olacağını söyləyərək, dedi: İran və İraq münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı iradəyə malikdirlər.

İraqın yüksək səviyyəli hərbi komandanları da bu görüşdə müdafiə sahəsindəki əməkdaşlıqların genişləndirilməsinə təkid etdilər.

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər

Şərhlər