May 12, 2019 06:38 Asia/Baku
  • “O vaxt torpaqlarımız işğal altına düşdü”

Azərbaycan Respublikasının Prezidenti bildirib ki, 1992-ci ildə AXC-Müsavat hakimiyyəti dövründə azərbaycanı xaos bürümüşdü və o üzdən bir çox torpağlar işğal olundu.

ONA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Mayın 10-da atası mərhum Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş mərasimdə deyib:  “O vaxt - 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi, gənc, müstəqil dövləti uçuruma aparırdı. Xaos, anarxiya, özbaşınalıq, total böhran hökm sürürdü, talançılıq, rüşvətxorluq baş alıb gedirdi, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü.”

Əliyev daha sonra bildirib: “Siyasi, iqtisadi, hərbi böhran gənc dövlətin dayaqlarını sarsıdırdı. Azərbaycan xalqı bu xəyanətkar hakimiyyətə bir il dözə bildi. Bir ildən sonra onlar tarixin arxivinə göndərildi. O vaxt torpaqlarımız işğal altına düşdü. Şuşa, Laçın, Kəlbəcər rayonlarının işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı.”

 

Teqlər

Şərhlər