Jun 26, 2019 14:41 Asia/Baku
  • Zərif:

İran İslam Respublikasının xarici işlər naziri "B" qrupunun diplomatiya nifrət etdiyini bildirərək, deyib ki, bu dəstə Amerikanı İranla müzakirədən çıxardı.

Məhəmməd Cavad Zərif dünən gecə twitter-də ABŞ-ın hazırkı milli təhlükəsizlik müşaviri Con Boltonun 2017-ci il tarixli məqaləsini və militaristlərin nüvə anlaşmasından çıxmaq tərzi barədəki ssenarilərini yenidən yayaraq, yazıb: İran heç vaxt müzakirə masasını tərk etmədi. Müharibə üçün fitnəkarlıq etməkdə oan "B" qrupu Amerikanı müzakirə masasından çıxardı.

İran İslam Respublikası xarici işlər nazirinin "B" qrupu deməkdə məqsədi, sionist rejimin baş naziri Benyamin Netanyahu, ərəbistan vəliəhdi Muhəmməd bin Salman, əmirliklərin vəliəhdi Muhəmməd bin Zaid və Ağ Ev-in milli təhlükəsizlik müşaviri Con Bolton kimi bir neçə militarist şəxsdir.

ABŞ prezidenti Donald Tramp 2018-ci il mayın 8-də Vaşinqtonun öhdəliklərini birtərəfli şəkildə pozaraq, ölkəsinin nüvə anlaşmasından çıxdığını və İrana qarşı nüvə sanksiyalarının geri döndüyünü elan etdi.

Amerikanın nüvə anlaşmasından çıxması geniş beynəlxalq, xüsusən bu anlaşmanı imzalamış digər tərəflərin tənqidləri ilə üzləşdi. Yalnız sionist rejim, ərəbistan və əmirliklər Trampa dəstək verirlər.

 

Teqlər

Şərhlər