Jun 29, 2019 07:06 Asia/Baku
  • Zərif: Sərdəştin kimyəvi bombardmanı müasir tarixdə qara bir ləkədir

İran İslam Respublikasının xarici işlər naziri bir müraciətdə İranın şimal-qərbində yeləşən Sərdəşt şəhərinin kimyəvi bombardmana məruz qalmasını müasir tarixdə qara bir ləkə adlandırıb.

Bu gün İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Sərdəşt kimyəvi bombardmanı şəhidlərinin 32-ci anım mərasimində qiraət olunan müraciətində deyilir: İraqın bəəs rejiminin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası daxil olmaqla beynəlxalq təşkilatların iyrənc sükutu ilə yanaşı olan icbari müharibədə Şərdəşt şəhərinin müdafiəsiz əhalisi xüsusiyyət təşkil etməklə iranlı hərbçilər və mülkilərə qarşı kimyəvi hücumları Müqəddəs Müdafiə tarixində ən kədərli günlərdir və bu biabırçı damğa əbədiyyətə qədər həmin cinayətin amilləri və himayədarlarının alınlarında qalacaqdır.

İranın diplomatiya aparatının başçısı vurğulayıb: Təəssüfləndirici haldır ki, Amerika hökuməti iqtisadi terrorizm və sanksiya kimi qeyri-insani vasitələrə əl ataraq, lazım olan dərman və tibb təchizatlarını əldə etməkdə İranın kimyəvi müharibə əlilləri üçün çoxlu sayda problemin yaranmasına səbəb olubdur və Amerika hökumətinin bu hərəkəti beynəlxalq hüquq normaları, kimyəvi silah konvensiyasının ruhu və bu hökumətin qeyd olunan konvensiyadakı öhdəlikləri, eləcə də beynəlxalq hüquq prinsipləri ilə daban-dabana ziddir.

İraqın bəəs rejimi 1987-ci il iyunun 28-də kimyəvi bombalardan istifadə edərək, Sərdəştin dörd izdihamlı nöqtəsini bombardman etdi. Bu hücumda bu şəhərin 119 sakini şəhid oldu, səkkiz min nəfərdən çox insan da zəhərli qazlara məruz qalaraq, kimyəvi zədələnməyə düçar oldu.

Teqlər

Şərhlər