Jul 13, 2019 21:20 Asia/Baku

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bir məlumatda İraqın Kürdüstan iqliminin İranla sərhədləri kənarında terrorçuların qərargahlarının gülləbaran edilməsindən, həmçinin onların böyük bir qrupunun öldürülməsi və yaralanmasından xəbər verib.

Verilişin müddəti :  00:01:36

Tarix :       13-07-2019

 

----------------------------------------------------------------------------------------------------

Sepah-ın quru qoşunlarının ictimai əlaqələr bölməsi bu gün bildirib: Dünya imperializminin himayəsi altında olan əks-inqilabçı qruplaşmaların İranın qərb və şimal-qərb məntəqələrindəki terror hərəkətləri, həmçinin Qərbi Azərbaycan və Kürdüstan vilayətlərinin təhlükəsizliklərini pozmağa can atmalarının ardınca İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunları iyulun onundan bu məntəqələrdə əks-inqilabçı terror qruplaşmalarının təlim keçmələri və yerləşmələri məkanı və qərargahlarını hədəfə alıblar.

Bu məlumatda deyilir: İran terror qruplaşmalarının terror dəstələrini axıtmaq və terror hərəkətləri etmək üçün İran İslam Respublikası ilə müştərək sərhədlərin kənarındakı məntəqələrdən istifadə etmələri barədə dəfələrlə İraqın Kürdüstan iqliminə xəbərdarlıq etmişdi.

Sepah-ın quru qoşunları əlavə edib: Sepah-ın quru qoşunlarının raket, PUA və artilleriya bölmələri muzdur terrorçuların yerləşdikləri məkanlardan xəbərdar olaraq, bu terrorçuların fəaliyyət göstərdikləri mərkəzləri hədəfə alıblar və bu əməliyyatın mərhələləri lentə alınaraq, sənədləşdirilibdir.

Sepah-ın quru qoşunları vurğulayıb ki, İran xalqının dincliyi və asayişinin qorunması və milli təhlükəsizlik silahlı qüvvələrin, xüsusən İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının qırmızı xəttidir.

Bu qoşunlar bildirib ki, İraqın Kürdüstan iqlimi bu məntəqənin İranın təhlükəsizliyini xətərə salmaq və terror cinayətləri törətmək üçün terrorçuların təlimi, yetişdirilmələri və təşkilatlandırılmaları məkanı və sığınacağına çevrilməsinə icazə verməməlidir.

 

----------------------------------------------------------------------------------------------------

 

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

Teqlər

Şərhlər