Jul 14, 2019 16:25 Asia/Baku
  • İmam Rza(ə)-ın mövlud günü mübarək!

Bu gün, 1440-cı hicri qəməri ili ziqədə ayının on biri, dünya şiələrinin səkkizinci imamı Həzrət Əli ibn Musa Əl-Rza(əleyhissəlam)-ın mövludunun ildönümü gününə təsadüf edir.

Dünya şiələrinin səkkizinci imamı 148-ci hicri qəməri ili ziqədə ayının on birində nurlu Mədinə şəhərində dünyaya göz açıb.

Dünya şiələrinin səkkizinci imamının fəzilətlərindən belə nəql olunur ki, Həzrət İmam Rza(ə)-ın dövründə ondan bilikli və elmli bir kəs yox idi. Abbasi xəlifəsi- Məmun daim o həzrəti müxtəlif suallarla sınayar və o həzrət cavab verərdi. O həzrətin cavabları Qurani-Kərimdən mənşə alırdı.

İranın müsəlman xalqı şeroxuma, mədhiyyəçilik, həmçinin dünya şiələrinin səkkizinci imamının şəxsiyyəti barədə çıxışlar, eləcə də şirniyyat və şərbət paylamaq və müqəddəs məkanlarda, o cümlədən Həzrət İmam Rza(ə)-ın müqəddəs Məşhəd şəhərindəki hərəmində olmaqla bu günü bayram edir.

İran İslam Respublikasının Teleradio Təşkilatı dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rza (əleyhissəlam)-ın mövludunun ildönümü günü münasibətilə bütün dünya müsəlmanlarını təbrik edir.

Teqlər

Şərhlər