Aug 05, 2019 21:50 Asia/Baku

Avqustun 4-də günün ikinci yarısında Bakı şəhərinin Qaradağ rayonundakı “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın 3 saatadan çox davam edib. Fövqəladə hallar nazirliyindən müxtəlif parfümeriya malları, sabunlar, dezodorant, doldurucu qaz balonlarının olduğu anbarda 700 kvadratmetrə qədər sahənin yandığı deyilir.

Bu ticarət mərkəzində yanğın parfümeriya mağazasından başlayıb, daha sonra da müxtəlif malların saxlandığı anbara keçibdir.

Yanğının nədən baş verdiyi açıqlanmayıb.

Teqlər

Şərhlər