Aug 08, 2019 22:57 Asia/Baku

İran İslam Respublikası Ordusunun Strateji Araşdırmalar Məkəzinin direktoru deyib: Bütün regional və regiondankənar təhdidlər İranın təhlükəsizlik ekspertləri tərəfindən izlənilərək, nəzarət edilir və bu əsasda İranın silahlı qüvvələri heç vaxt qəflətə qapılmayacaqlar.

"Amerikanın dağılmasının şahidi olacağıq", deyən briqada generalı Əhmədreza Pourdəstan söyləyib: Müqavimət mədəniyyəti İran sərhədlərini keçərək, region ölkələrini öz təsiri altına alıb və Amerika da zəif mövqeyə düşübdür.

İran İslam Respublikası Ordusunun Strateji Araşdırmalar Məkəzinin direktoru əlavə edib: İran İslam Respublikasının silahlı qüvvələri yüksək qüdrət, qüvvət və möhkəmliyə malikdirlər və İslam İnqilabının Böyük Rəhbərinin tədbiri ilə İslam bayrağı tezliklə bütün dünyada dalğalanacaqdır.

General Pordəstan bildirib ki, amerikalılar İslam İnqilabı və müqavimət mədəniyyətinin yayılmasından qorxurlar. O, sonra belə qeyd edib: Amerika müqavimət mədəniyyətinin formalaşması və genişlənməsinin qarşısını almaq üçün 2001-ci il on bir sentyabr hadisəsini otuz ölkə, 180 min qüvvə və bir neçə yüz ədəd təyyarə və vertolyotla işləyib hazırladı.

"Amerika 2001-ci ildə Əfqanıstan və İraqa hücum etmək üçün regiona gəlməmişdi; onun əsas məqsədi, İrana hücum etmək idi", deyə general Pordəstan vurğulayıb: İran xalqının müqaviməti səbəb oldu ki, İranın İraq, Əfqanıstan, Fars Körfəzi və Oman dənizi sərhədlərində amerikalı qüvvələrlə həmsərhəd olmalarına rəğmən, onlar geri çəkilməyə məcbur olsunlar.

Teqlər

Şərhlər