Aug 10, 2019 21:10 Asia/Baku

Cənubi Koreya bildirib ki, onun şimal qonşusu yenə raket sınağı həyata keçiribdir.

Cənubi Koreyanın Yunhap informasiya agentliyi bildirib ki, Şimali Koreya öz şərq sahilindən iki naməlum atış həyata keçiribdir.

Bu, son iki həftədə Şimali Koreyanın beşinci raket sınağıdır.

Şimali Koreyanın rəhbəri Kim Çen In bu ölkənin yeni raket sınaqlarını Amerikadan silah idxalatını, həmçinin Vaşinqtonla birgə manevrlər keçirməyi dayandırmaq barədə Seula xəbərdarlıq adlandıırıbdır.

Şimali Koreyanın xəbərdarlıqlarına rəğmən, Amerika və Cənubi Koreyanın birgə hərbi manevri bazar ertəsi günündən başlanıb və 25 gün davam edəcəkdir.

Şimali Koreya Amerika ilə nüvə tərkisilahı müzakirələrinin başlanmasından bir neçə ay öncədən öz nüvə və raket sınaqlarını dayandırmışdı, amma bu müzakirələrin uğursuz qalmasından sonra raket və nüvə proqramını inkişaf etdirmək istiqamətində addımlar atıbdır.

Teqlər

Şərhlər