Aug 11, 2019 16:05 Asia/Baku
  • Ərəfə günü; dua və günahların bağışlanması günü

Bu gün, zihəccə ayının doqquzu, ərəfə günü, dua, ibadət, həmçinin günahların bağışlanması və tövbənin qəbul edilməsi günüdür. Bu gündə Allah-Taala öz bəndələrini xüsusi şəkildə özünə tərəf çağırır.

Ərəfə böyük islami bayramlardandır və bu gündə Ərəfat çölündə ola bilən kəsə böyük xoşbəxtlik nəsib olur.

Ərəfə gününün bir çox əməl və duası var və bu gündəki ən yaxşı əməl, duadır. Allah Evi-nin milyonlarla zəvvarı ərəfə günündə ağ geyimdə və "ləbbeyk!" deyə-deyə, Ərəfat çölünə yola düşür.

Həcc mərasimini keçirənlər gün batanadək Ərəfatda olacaq, ondan sonra isə Məşərulhərama tərəf hərəkət edəcəklər.

Həcc mərasimi Məşərulhəramda zihəccə ayının onu günü, Qurban bayramı, dan yeri ağarandan gün çıxanadək davam edir.

Teqlər

Şərhlər