Aug 13, 2019 22:06 Asia/Baku
  • Nigeriya şiələrinin rəhbəri Hindistana gedib

Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki və həyat yoldaşı müalicə üçün bu ölkədən Hindistana yola düşüblər.

Şeyx Zəkzakinin və həyata yoldaşının Hindistana səfəri Nigeriyanın Kaduna ali məhkəməsinin hökmündən sonra həyata keçir.

Şeyx İbrahim Zəkzaki və həyat yoldaşı Nigeriya hərbçilərinin 2015-ci il dekarbın 13-də Zaria şəhərindəki hüseyniyyəyə hücumu zamanı həbs olundular. Bu hücumda Nigeriya şiələrindən yüzlərlə nəfər də şəhid oldu.

Nigeriya ali məhkəməsi 2016-cı ilin dekbarında Şeyx Zəkzakinin tez bir zamanda azad edilməsi haqda hökm çıxardı və bu ölkənin ordusu və təhlükəsizlik təşkilatlarını onun ailəsinə 150 min dollar kompensasiya ödəməyə məhkum etdi, amma ordu və bu təşkilatlar həmin hökmü icra etməkdən boyun qaçıraraq, Şeyx Zəkzakini həbsdə saxlamaqda davam etdilər.

Şeyx Zəkzakinin səhhətinin ağırlaşdığı son aylarda insan haqları orqanları dəfələrlə Nigeriya şiələri rəhbərinin azad edilməsini istədilər.

Teqlər

Şərhlər