Aug 18, 2019 16:09 Asia/Baku
  • Pelosi sionist rejimin iki konqresmenə qarşı hərəkətini tənqid edib

Amerika konqresinin nümayəndələr palatasının sədri sionist rejimin konqresin iki üzvünün işğal olunmuş Fələstinə daxil olmasını əngəlləməsini kəskin tənqid atəşinə tutub.

Nensi Pelosi Assoşieyted-Press ilə müsahibədə konqresin iki üzvünün işğal olunmuş Fələstinə daxil olmasının əngəllənməsi amilləri olan Amerika prezidenti Donald Tramp və sionist rejimin baş naziri Benyamin Netanyahunu zəif şəxslər adlandırıbdır.

Sionist rejimin xarici işlər nazirliyi cümə axşamı günü bildirdi ki, Amerika konqresinin iki müsəlman üzvü İlhan Ömər və Raşida Talib sionist rejimi tənqid etdiklərinə görə, işğal olunmuş Fələstinə daxil ola bilməzlər.

Tramp sionist rejimin bu qərarına dəstək veribdir.

İlhan Ömər və Raşida Talib indiyədək dəfələrlə sionist rejimin məzlum Fələstin xalqına qarşı rasist hərəkətləri və siyasətlərini tənqid ediblər.

Belə bir halda, ABŞ konqresinin iki müsəlman nümayəndəsi sionist rejimin boykot edilməsi kampaniyasının himayədarlarındandırlar. Onlar son zamanlar bir layihə təqdim ediblər ki, ona əsasən, amerikalılar da "sionist rejimin boykot edilməsinə və bu rejim üçün sərmayə yatırmamağa çağırış" kampaniyalarında iştirak edə bilərlər.

Sionist rejimin "sionist rejimin boykot edilməsi və bu rejim üçün sərmayə yatırmamağa çağırış" kampaniyalarının genişlənməsinin qarşısını almaq üzrə hərəkətlərinə rəğmən, bu hərəkat ilbəil daha geniş miqyas alır.

Teqlər

Şərhlər