Nov 01, 2019 19:47 Asia/Baku

Milli Şura noyabrın 2-nə təyin etdiyi mitinqini təxirə salıb.

Bu barədə Azadlıq Radiosuna oktyabrın 31-də qurumun Koordinasiya Mərkəzindən bildiriblər. Oradan deyiblər ki, onlar Milli Şuranın sədrinin müraciətini müzakirə edərək belə qərar veriblər.

Milli Şura noyabrın 2-si aksiya keçirmək məqsədilə BŞİH-ə ötən həftə müraciət göndərmişdi. Onlar aksiyanın keçirilməsindən ötrü Bakıda iki yer təklif etmişdilər.

Milli Şura bundan əvvəl oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Həmin aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb. Polis aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb. Sonradan onlardan 30-a yaxın şəxsə inzibati həbs cəzası verildiyi açıqlanıb.

Teqlər

Şərhlər