Nov 02, 2019 16:45 Asia/Baku

APA-nın verdiyi məlumata görə, Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ-a səfər etməsi ilə əlaqədar ABŞ-ın Bakıdakı səfiri Örl Litsenberqer Xarici İşlər Nazirliyinə çağırılıb və ona XİN-in etiraz notası təqdim edilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən APA-ya verilən məlumata görə, notada ABŞ tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən səfər edən qondarma qurumun nümayəndələrinə viza verilməsinə etiraz bildirilib və bunun Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesinə zərbə vurduğu qeyd edilib. 

Vurğulanıb ki, bu kimi səfərlərə icazə verilməsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də dövlətlərin suverenliyinə hörmət, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn təməl prinsipləri ilə ziddiyyət təşkil edir.

Teqlər

Şərhlər